"Google" və "Constellation" arasında 20 illik atom enerjisi müqaviləsi imzalanıb

16:30 - 6.10.2026


6 Oktyabr, Fineko/abc.az. "Google"un ana şirkəti olan "Alphabet", "Constellation Energy" şirkətindən nüvə enerjisi satın almaq üçün 20 illik müqavilə bağlayıb.

Saziş şəbəkəyə inteqrasiya olunacaq 890 meqavatlıq yeni enerji gücünü əhatə edir. "Constellation" bu məqsədlə obyektin inşasına 4,3 milyard dollardan çox investisiya yönəldəcək.

Süni intellekt bumu fonunda məlumat mərkəzlərinin artan elektrik tələbatı texnologiya giqantlarını ekoloji cəhətdən təmiz və 24/7 kəsintisiz enerji mənbəyi olan nüvə enerjisinə yönəldib.

Qeyd edək ki, "Amazon" keçən həftə "Constellation" ilə 690 meqavatlıq, "Microsoft" isə "Three Mile Island" stansiyasından enerji alışı üzrə analoji irimiqyaslı müqavilələr imzalayıb.