Fransada kömürlə işləyən elektrik stansiyasının ən hündür qülləsi partladılıb 

18:21 - 12.02.2024


12 fevral, Fineko/abc.az. Fransada Sent-Avolddakı kömür elektrik stansiyasının ən hündür qülləsi partladılıb. 

ABC.AZ xəbər verir ki, məlumata görə, Fransanın kömürlə işləyən iki elektrik stansiyasından birinin böyük soyutma qülləsi fosil yanacaq əvəzinə "yaşıl hidrogen" ə keçidin simvolik aktı kimi məsafədən partladılıb.
Bir neçə saniyə ərzində hündürlüyü təxminən 120 m olan 5 nömrəli qüllə yüzlərlə tamaşaçının gözü qarşısında çökdü.