Çində yaxınlarını itirən qohumlar onları süni zəka vasitəsilə “canlandırır” 

18:03 - 12.02.2024


12 fevral, Fineko/abc.az. Çində kədərlənən qohumlar süni intellekt (Sİ) texnologiyasından istifadə edərək ölən yaxınlarını “diriltmək” üçün 700-1400 dollar xərcləyirlər.

ABC.AZ xəbər verir ki, Çin firması ölən qohumların virtual versiyalarını yaratmaq üçün video, audio və fotolardan istifadə edir.

Valideynlər ölən övladları ilə danışa və Ruh botdan təsəlli ala bilərlər. “Super Brain” Sİ şirkətinin qurucusu Zhang Jiavei, bu texnologiya ilə mərhumun düşüncə və nitq nümunələrini təqlid edə biləcək baza avatarlar yaratmağın mümkün olduğunu deyib. Hal-hazırda şirkət üç növ xidmət göstərə bilir: səsin klonlaşdırılması, nitq funksiyasının dəstəklənməsi, insanın üçölçülü rəqəmsal modelinin yaradılması. Müştərilər mərhumun fotolarını, videolarını və səs yazılarını təqdim etməlidirlər.