17:04 - 12.02.2024
12 fevral, Fineko/abc.az. “Rosatom”un rəhbəri Aleksey Lixaçyov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar işgüzar görüş keçiriblər.
“Rosatom bu gün dünyanın ən iri iki atom layihəsinin — Türkiyədəki "Akkuyu" AES və Misirdə "Ed-Dabaa" AES-in tikintisini həyata keçirir. Türkiyədə ilk blok artıq son mərhələdədir. İş qrafikə uyğun olaraq aparılır”, — deyə “Rosatom”un rəhbəri bildirib.
Onun sözlərinə görə, birinci blokun tikinti hazırlığı 90%-dən çoxdur.
“Akkuyu” AES Türkiyə Respublikasında “Rosatom” tərəfindən inşa edilən ilk atom elektrik stansiyasıdır. AES-in hər bir enerji blokunun gücü 1 200 MVt təşkil edəcək. “Akkuyu” AES-in tikintisi dünya atom sənayesində “Build-Own-Operate” (inşa et – sahib ol — istismar et) modelinə əsasən həyata keçirilən ilk layihədir.
Hökumətlərarası sazişin şərtlərinə görə, AES-in ilk enerji blokunun istismara verilməsi blokun tikintisi üçün bütün icazələrin alınmasından sonra yeddi il ərzində baş verməlidir. 2018-ci ildə 1 nömrəli enerji blokunun tikintisi üçün lisenziyanın alınması nəzərə alınmaqla, bu müddət 2025-ci ilə təsadüf edir.
4 Avqust 2026
4 Avqust 2026