Pensiya kapitalı 2023-cü il üçün inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq - Deputat

16:43 - 8.02.2024


8 fevral, Fineko/abc.az. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 2023-cü il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq bütün növ əmək pensiyaları artırılacaq.

Bunu ABC.AZ-a açıqlamasında deputat Vüqar Bayramov bildirib.

O bildirib ki, məlum göstəriciyə uyğun olaraq 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların artırılması həyata keçiriləcək. Pensiya kapitalı isə 2023-cü il üçün inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq.

Müəllif: Elmir Murad