14:46 - 6.02.2024
6 fevral, Fineko/abc.az. TASS-ın xüsusi müxbiri, Roskosmos kosmonavtlar dəstəsinin komandiri Oleq Kononenko Beynəlxalq Kosmik Stansiyanın (BKS) göyərtəsindən Ankaranın şəklini çəkib.
ABC.AZ xəbər verir ki, kosmonavt şəhərin şəklini paylaşıb.
“Türkiyə üzərindən uçurduq, Ankaranın şəklini çəkdim. Türk həmkarım Alper, BKS-dan çəkilən fotoşəkildə öz vətəninin paytaxtını görməyinə çox sevindi və şəkildə Atatürkün prezident sarayını və məqbərəsini tapmaqda kömək etdi. Bunlar, sağ tərəfdəki kadrdadır”, - deyə Kononenko bildirib.
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026