Əmək pensiyaları bu qədər artırıldı

14:19 - 5.02.2024


5 fevral, Fineko/abc.az. Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək.

ABC.AZ xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sərəncamı şərh edən açıqlama yayıb.

Qeyd edilib ki, Sərəncamla şəxsin pensiyası 500 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 11,2 faiz, yəni 56 manat artırılmaqla 556 manata çatdırılacaq, yanvar ayının 56 manat artımı da fevral ayının pensiyasına əlavə olunaraq veriləcək.

Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək.