15:28 - 31.10.2017
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC, Bakı-Böyük Kəsik yolunun əsaslı təmirini davam edir.
ADY-dan verilən məlumata əsasən, dəmir yolunun Sığırlı-Karrar mənzilində 12,8 km yolun əsaslı təmiri başlandı.
“Bu sahənin təmiri on gün ərzində davam edəcək”, - məlumatda belə qeyd edilmişdir.
“ADY QSC ilə Çexiya Respublikasının MORAVIA STEEL şirkəti arasında 14 aprel 2015-ci il tarixində Azərbaycan Respublikası Dəmir Yollarının rekonstruksiyası layihəsinin ikinci mərhələsinin gerçəkləşdirilməsi haqqında ixrac müqaviləsinə əlavə Saziş imzalanmışdır.
Müqavilə, Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmirini ehtiva edir.
Bu günə kimi, ikinci mərhələ çərçivəsində 378 km dəmir yolu əsaslı təmir olunub.
27 İyul 2026