14:05 - 24.01.2024
24 yanvar, Fineko/abc.az. Vergi Məcəlləsində 1 yanvar 2024-cü ildən tətbiq edilən dəyişikliklərdən biri də torpaq vergisi bəyannaməsinin təqdim edilməsi ilə bağlıdır.
ABC.AZ xəbər verir ki, sərbəst auditor Altay Cəfərov dəyişikliyin mahiyyəti və hesabatların hazırlanma qaydalarını “vergiler.az”a şərh edir.
Torpaq vergisi bəyannaməsinin təqdim edilməsi ilə bağlı dəyişiklik nəticəsində müəyyən anlaşılmazlıqlar aradan qaldırılıb. Belə ki, 01.01.2024-cü ilədək torpaq vergisi bəyannaməsi ilə bağlı Vergi Məcəlləsinin 208.2-ci maddəsində göstərilirdi ki, torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına təqdim edirlər.
Maddədən görünür ki, torpaq vergisi bəyannaməsi cari il üçün həmin ilin may ayının 15-ə kimi təqdim edilməli idi. Məsələn, 2023-cü il üçün bəyannamə mayın 15-dək verilməli, yəni il tam başa çatmamış həmin ilin bəyannaməsi may ayına qədər təqdim edilməli idi. Bu da ümumi olaraq vergitutma və vergilərin hesablanmasında vergi ödəyiciləri üçün çətinliklər törədirdi. Artıq bu çətinlik aradan qaldırılıb.
8 Avqust 2026
8 Avqust 2026