11:04 - 24.01.2024
24 yanvar, Fineko/abc.az. ABŞ-ın “Johnson & Johnson” şirkəti uşaq tozu işinin razılaşdırılması üçün 700 milyon dollar ödəməyə razılıq verib.
ABC.AZ xəbər verir ki, ABŞ-ın 42 əyaləti, tərkibində kanserogen asbest olduğu üçün xərçəngə səbəb ola biləcək talk əsaslı körpə tozuna görə şirkətə qarşı iddia qaldırmışdı. 2020-ci ildə “Johnson & Johnson”, çoxsaylı məhkəmə çəkişmələri səbəbindən ABŞ və Kanadada toz satışını dayandırdı. Bununla belə şirkət məhsulun təhlükəsiz olduğunu iddia edirdi.
2023-cü ilin aprelin ayında “Johnson & Johnson” bildirdi ki, talk ilə məhsul iddiaları üçün 8,9 milyard dollar ödəməyə hazırdır. Eyni zamanda, “Johnson & Johnson”a qarşı ilk iddianın Rusiyada qaldırıldığı bildirilmişdi.
“Johnson & Johnson”un talk əsaslı uşaq tozunun istehsalını dayandıracağı bildirilmişdi.