10:52 - 24.01.2024
24 yanvar, Fineko/abc.az. “Alibaba”nın keçmiş rəhbəri və həmtəsisçisi Cek Ma şirkətin Honkonqda satılan səhmlərini 50 milyon dollara alıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “New York Times” yazıb.
Hələ 2023-cü ilin noyabrında Ma “Alibaba”nın böyük bir hissəsini satmağı planlaşdırırdı.
Eyni zamanda, “Alibaba”nın səhmlərini Manın uzun müddətdir partnyoru və şirkətin direktorlar şurasının hazırkı sədri Cozef Tsai alıb. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən sənədlərə görə, Tsai 2023-cü ilin dördüncü rübündə ailə investisiya şirkəti “Blue Pool Management” vasitəsilə ABŞ-da siyahıya alınmış qiymətli kağızlardan təxminən 151 milyon dollar əldə edib.
Hər iki sahibkar əvvəllər “Alibaba”nın əhəmiyyətli bir hissəsinin sahibi olub. Cek Ma 2019-cu ildə direktorlar şurasının sədri vəzifəsini tərk etsə də, şirkətin əsas səhmdarı olaraq qalır.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026