Elektron kredit-təminat sistemi yaradılacaq

14:02 - 17.01.2024


17 yanvar, Fineko/abc.az. Sahibkarlığın İnkişafı Fondu kreditlərin elektron qaydada tənzimlənməsi və nəzarəti üçün elektron kredit-təminat sistemi yaradacaq.

ABC.AZ xəbər verir ki, bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev ötən ilin yekunları ilə bağlı tədbirdə deyib.

Onun sözlərinə görə sözügedən sistemin yaradılması üçün müvafiq sənədlər hazırlanır. Bu ilin fevral ayında sistemin tam hazır olub işə düşəcəyi planlaşdırılır.