10:45 - 24.07.2018
24 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 1,1 (1,48%) dollar yüksəlib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 75,22 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
“NYMEX” birjasında “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti 23 iyul tarixli ticarətin nəticəsində, keçən nəticə ilə müqayisədə (20 iyul – 70,46 dollar) 2,57 dollar (3,65%) enərək bir barelə 67,89 dollar təşkil etmişdir.
“ICE” birjasında “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 23 iyul tarixli ticarətin nəticəsində, ötən yekuna nisbətən (20 iyul – 73,07 dollar) 0,01 dollar (0,01%) cüzi enərək bir barelə 73,06 dollar təşkil etmişdir.
Neftin “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi 23 iyul tarixli ticarətin nəticəsində 5,17 dollar / barelə təşkil edir.