Almaniya Maliyyə Nazirliyi: Almaniya Kiyevə bütün Avropa yardımının yarısını ödəyir

14:51 - 8.01.2024


8 yanvar, Fineko/abc.az. Almaniyanın maliyyə naziri Kristian Lindner bildirib ki, Berlin hazırda Avropa İttifaqının (Aİ) Ukraynaya göstərdiyi bütün yardımların yarısını ödəyir.

ABC.AZ xəbər verir ki, Almaniya Maliyyə İdarəsinin rəhbərinin sözlərinə görə, Avropa İttifaqının digər iqtisadi cəhətdən güclü "lokomotivləri" Kiyevə kömək etmək üçün daha çox səy göstərməlidirlər.

O qeyd edib ki, Almaniya bu yardım çətinliklə başa gəlir: Qərb ölkələrinin tətbiq etdiyi anti-Rusiya sanksiyaları enerji qiymətlərinin artmasına səbəb olub. Bundan əlavə, Almaniya iqtisadiyyatı ABŞ-dakı vəziyyət və Çindəki inflyasiya səbəbindən problemlərlə üzləşir.