11:23 - 30.12.2023
30 dekabr, Fineko/abc.az. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 123-ə çatıb.
ABC.AZ xəbər verir ki, “Startap” şəhadətnamələri "Qarabug" MMC-nin rəqəmsal infrastrukturun təhlükəsizlik testləri xidməti, "UNİNTURKEY" MMC-nin universitetlərə qəbul üçün onlayn vasitəçi xidməti, "Metprof" MMC-nin innovativ reduktorla təchiz edilmiş pambıq yükləyicilərinin istehsalı, "Alfa Hospitality" MMC-nin qidalanma prosesini optimallaşdıran platforma və mobil tətbiq, "Trendbazar" MMC-nin onlayn ticarət platforması (marketpleys) layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.