"Cəlilabad Şərab-2” ASC-nin dövlətə yarım milyon manatdan çox borcu yaranıb

16:55 - 22.12.2023


22 dekabr, Fineko/abc.az. "Cəlilabad Şərab-2” ASC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

ABC.AZ xəbər verir ki, bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Cəlilabad Şərab-2” ASC-nin vergi borcu 553 434.63 manatdır. Qeyd edək ki, bu şirkət 1999-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 352 786 manatdır və qanuni təmsilçisi Məmmədli Qocayevdir.