Azərbaycanın azot gübrəsi satışı da, gəlirlər də azalıb

12:31 - 22.12.2023


22 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 303 min 437 ton azot gübrəsi ixrac edilib.

Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 31 min 944 ton və ya 9,5% azdır.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında qeyd edilib. Məlumata görə, bu ilin 11 ayında 72 milyon  525,8  min ABŞ dolları dəyərində azot gübrəsi ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 126 milyon 84  min dollar və ya 2,7 dəfə azdır.

Belə ki, ötən il azot gübrəsinin satışından 198 milyon 609,8 min dollar gəlir əldə edilmişdi.

1 ton azot gübrəsinin ixrac qiyməti hesabat dövründə 239 , ötən ilin eyni dövründə 592 dollar olub. Bu da illik müqayisədə 353 dollar və ya 2,5 dəfə azdır.