İKZF-nin bu departamentində dəyişiklik edilib

14:58 - 7.10.2026


7 oktyabr, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondunun (İKZF)Xəzinədarlıq departamentinin adı dəyişdirilərək Aktivlərin idarə olunması departamenti adlandırılıb.

Departamentə İlhamə Hacıağa qızı İsabalayeva rəhbərlik edir.

O, əvvəl də Xəzinədarlıq departamentinin direktoru olub.

Xatırladaq ki, İpoteka və Kredit Zəmanət Fondu Prezidentin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Fond ipoteka kreditləşməsini maliyyələşdirir, sahibkarların manatla aldıqları kreditlərə zəmanət verir və faiz subsidiyası ayırır. Qurum həmçinin yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsini həyata keçirir.

©Banker.az