11:38 - 7.10.2026
7 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 13 milyard 630,4 milyon manat vergi daxil olub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 %, proqnozdan isə 7,2 % çoxdur.
9 aylıq vergi daxilolmalarının 10 milyard 332,6 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 12,6 %, proqnozdan isə 2,9 % çoxdur.
Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 16,91 milyard manat vəsait köçürməlidir.
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
5 Oktyabr 2026