12:00 - 19.12.2023
19 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, 2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan xaricə 641 milyon 188 min dollar dəyərində 641 min 740 ton meyvə-tərəvəz ixrac edilib.
ABC.AZ xəbər verir ki, bundan əlavə hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsullarında içərisində 140 milyon 469 min dollarlıq 124 min 302 ton pomidor, 111 milyon 528 min dollarlıq 21 min 383 ton meşə fındığı, 50 milyon 151 min dollarlıq 79 min 992 ton alma, 91 milyon 421 min dollarlıq 124 min 724 ton xurma, 27 milyon 382 min dollar dəyərində 25 min 260 ton nar, 31 milyon 54 min dollar dəyərində 71 min 170 ton kartof ixrac olunub.
Əlavə edək ki, cari ilin yanvar-noyabr aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2.03%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21.14%-ə bərabər olub.
Ötən ilin yanvar-noyabr aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 1,63%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 22,07%-ə bərabər olub.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026