Azərbaycanda texnologiya şirkəti bağlanır

16:15 - 7.10.2026


7 oktyabr, Fineko/abc.az. “HCL Technologies Azerbaijan” MMC fəaliyyətini dayandıraraq ləğv olunur.

Şirkət bununla bağlı elan yayıb.

Bildirilib ki, kreditorlar tələblərini iki ay ərzində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 15, mənzil 98 ünvanına bildirə bilərlər.

Şirkətin nizamnamə kapitalı isə 125 010 AZN və 125 010 ABŞ dolları təşkil edir.

“HCL Technologies Azerbaijan” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi, ev 12/14, mənzil 30-dur. Şirkətin qanuni təmsilçisi Orxan Beydiyev Mövsüm oğludur.