10:49 - 19.12.2023
19 dekabr, Fineko/abc.az. “Apple” patent mübahisəsinə görə ən yeni saat modellərini sata bilməyəcək.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu həftə sonu etibarilə qüvvədə olacaq qərara görə, ABŞ-da “Apple Store” mağazalarında “Watch Series 9” və “Ultra 2″nin satışı dayandırılacaq.
ABŞ Beynəlxalq Ticarət Komissiyasının (ITC) açıqladığı yeni qərara əsasən, “Apple”in patenti pozduğu bildirilib.
Bildirilib ki, tibbi texnologiya şirkəti “Masimo” qan oksigen sensoru texnologiyası ilə bağlı patentlərini pozub.
2020-ci ildən patentlər üzərində “Masimo” ilə məhkəmə çəkişmələri aparan “Apple”, sonunda razılaşa bilmədi. Buna uyğun olaraq, ABŞ-da onlayn və pərakəndə mağazalarda “Watch Series 9” və “Ultra 2″nin satışını dayandıracağını açıqladı.