14:32 - 22.11.2023
22 noyabr, Fineko/abc.az. “Microsoft” səhmləri rekord həddə çatıb.
ABC.AZ-ın xarici mətbuata istinadən məlumatına görə, Bill Geytsə məxsus şirkətin səhmlərinin artmasına səbəb “OpenAI”nin baş direktoru Sam Altmanın və süni intellekt firmasında digər əsas fiqurların “Microsoft”a keçididir.
Qeyd edək ki, “OpenAI” ABŞ texnologiya nəhəngi “Apple”dən sonra dünyanın ikinci ən dəyərli şirkətidir.
Noyabrın 21-nə olan şirkətin bazar dəyəri ilin əvvəlindən 1 trilyon dollar artaraq 2,8 trilyon dolları ötüb.
“ChatGPT”nin yaradıcısı “OpenAI”ə rəhbərlik edən Altmanın “OpenAI”nin həmtəsisçisi Greg Brockman ilə birlikdə yeni qabaqcıl süni intellekt tədqiqat qrupuna rəhbərlik etmək üçün “Microsoft”a qoşulduqlarını açıqlayıb.
Müəllif: Elmir Murad