16:24 - 21.11.2023
21 noyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 40,9 min ton əhəng istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikinti əhəngi istehsalı 4,6 min və ya 12,7% artıb. 2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 36,3 min ton təşkil edib. 01.11.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 5,8 min ton təşkil edib.
Hazır məhsul ehtiyatı son bir ildə 5,5 min ton və ya 19,3 dəfə artıb. 01.11.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 0,3 min ton təşkil edib.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026