Doqquz ayda Azərbaycana neçə nəfər giriş, neçəsi isə çıxış edib?

15:47 - 16.11.2023


16 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Dövlət Miqrasiya Xidməti 9 ayın göstəriciləri üzrə məlumat yayıb.

ABC.AZ xəbər verir ki, bu ilin 9 ayı ərzində Azərbaycana giriş və çıxış üzrə statistikası maraqla qarşılanıb.

Belə ki, bu ilin 9 ayı ərzində ölkəyə 1 milyon 536 min 378 nəfər giriş, 1 milyon 533 min 47 nəfər isə çıxış edib. Dövr ərzində 283 min 21 nəfər olduğu yer üzrə qeydiyyata alınıb.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il ölkə üzrə giriş-çıxış və olduğu yer üzrə qeydiyyat göstəricisi azalıb.