İki bankın əmlakları hərraca çıxarılır

14:29 - 16.11.2023


16 noyabr, Fineko/abc.az. Noyabrın 21-də “Əmlak Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Dəmir Bank” ASC-nin daşınar, dekabrın 4-də isə "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “AGBank” ASC-nin daşınmaz əmlakının satışı üzrə hərraclar keçiriləcək.

Bu barədə ABC.AZ bankların ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) istinadla xəbər verir ki, hərraca “Dəmir Bank”a məxsus “BMW 760Ll” minik avtomobilindən və “AGBank”a məxsus Abşeron rayonu, Novxanı kəndi, Şıxəli Qurbanov küçəsi, 40A ünvanında yerləşən 81,5 kv.metrlik fərdi yaşayış evi çıxarılacaq.

Əmlaklara müvafiq olaraq 31,5 min manat və 40 min manat qiymət qoyulub.