11:35 - 13.11.2023
13 noyabr, Fineko/abc.az. Əmək müqavilələrinin sayı 1 mln. 790,8 minə çatıb.
ABC.AZ xəbər verir ki, Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2023-cü il noyabr ayının 1-nə 1 mln. 790,8 minə çatıb.
Bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 388.9 min vahid artım demıkdir.
Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 349.175 vahid artaraq 889 mindən çox olub.
27 İyul 2026