11:04 - 2.11.2023
2 noyabr, Fineko/abc.az. “Hayat Palace” QSC “Yeni HƏYAT-BB. Kompleksi” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
ABC.AZ xəbər verir ki, qoşulma ilə əlaqədar “Yeni Həyat-BB. Kompleksi” MMC ləğv edildiyi andan bütün hüquq və vəzifələri təhvil aktı üzrə onun hüquqi varisi olan “Hayat Palace” Qapalı Səhmdar Cəmiyyətinə keçir.
Xatırladaq ki, “Yeni Həyat-BB. Kompleksi” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Emil Baxşıyevdir.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026