10:22 - 1.11.2023
1 noyabr, Fineko/abc.az. "X" platformasının bazar dəyəri ötən ilin eyni dövrünə nisbətən kəskin ucuzlaşıb.
ABC.AZ xəbər verir ki, ötən ilin 3-cü rübündə X-in bazar dəyəri 44 milyard dollar idi. Cari ilin eyni dövründə sosial media platformasının bazar dəyəri 19 milyard dollara düşüb.
Qeyd edək ki, amerikalı iş adamı İlon Mask X-i 27 oktyabr 2022-ci ildə 44 milyard dollara satın alıb.
"X" işçilərə göndərdiyi daxili memoda şirkətin dəyərinin 19 milyard dollar olduğunu qeyd edib.
"X" tərəfindən sentyabr ayında elan edilmişdi ki, İlon Mask platformanı aldıqdan sonra reklam gəlirləri 60% azalıb.
8 Avqust 2026
8 Avqust 2026