10:05 - 1.11.2023
1 noyabr, Fineko/abc.az. “WeChat” Kanada hökuməti tərəfindən qadağan edilib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Kanada təhlükəsizlik səbəbi ilə Çin sosial media tətbiqi “WeChat” hökumət mobil cihazlarında istifadəsini qadağan edib.
Sözügedən məsələyə münasibət bildirən Kanada Xəzinədarlıq Şurasının prezidenti Anita Anand qeyd edib ki, hökumət bu addımı məlumatlarının məxfiliyini və qorunmasını təmin etmək üçün, eləcə də informasiya sistemlərini və şəbəkələri qorumaq məqsədi ilə atıb:
“Biz potensial kibertəhlükələri mütəmadi olaraq izləməyə və lazım gəldikdə dərhal tədbirlər görməyə davam edəcəyik”.