16:38 - 26.10.2023
26 oktyabr, Fineko/abc.az. “Kəpəz BOKT” MMC-nin səhmdarlarından biri payını satıb.
ABC.AZ xəbər verir ki, bu Kazım Əliyev Sultan oğludur. Onun BOKT-də 687 200 ədəd səhmi vardı və onların hər birini əsas səhmdar olan Əbülfəz Əliyev Əlihəsən oğluna satıb.
Bununla da onun BOKT-nin kapitalındakı səhmlərinin sayı 20 minə yüksəlib.
Xatırladaq ki, “Kəpəz BOKT” MMC 2013-cü ildə yaradılıb və 2 mln. manat nizamnamə kapitalı mövcuddur.
8 Avqust 2026
8 Avqust 2026