Meta-nın gəlirləri 34,1 mlrd. dollar artıb

14:42 - 26.10.2023


26 oktyabr, Fineko/abc.az. Facebook, Instagram və WhatsApp-a sahib olan Meta-nın gəliri ilin üçüncü rübündə 34,1 milyard dollara yüksəlib.

ABC.AZ xəbər verir ki, Meta cari ilin iyul-sentyabr dövrü üçün balans hesabatını açıqladı.

Müvafiq olaraq, şirkətin bu ilin üçüncü rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə  23% artaraq 34,1 milyard dollara çatıb.  Şirkət 2022-ci ilin eyni dövründə 27,7 milyard dollar gəlir əldə edib.

Meta-nın xalis mənfəəti bu ilin üçüncü rübündə 164 faiz artaraq 11,6 milyard dollara çatıb.  Şirkət 2022-ci ilin üçüncü rübündə 4,4 milyard dollar xalis mənfəət açıqlayıb.

Şirkətin 2022-ci ilin üçüncü rübündə 1,64 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 4,39 dollara çatıb.