10:45 - 26.10.2023
26 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 15-nin ödənişləri illik müqayisədə artıb, 5-nin ödənişləri azalıb.
ABC.AZ "Renkinq” ə istinadla xəbər verir ki, Mərkəzi Bankın hesabatına əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Azərbaycan Sənaye Sığorta” ASC-dir.
Bu şirkət 9 ay ərzində 27,458 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 7,8 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Bakı Sığorta” ASC-dir. Bu şirkətin ödənişləri 2,014 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 3,4% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Azsığorta" ASC-dədir. Bu şirkət ötən 9 ayda 6,575 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 0,8% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə “Atasığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 48,9% azalaraq 2,358 milyon manata düşüb.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026