14:44 - 16.10.2023
16 oktyabr Fineko/abc.az. Yaxın zamanda Suqovuşana turlar təşkil ediləcəyi açıqlanıb.
ABC.AZ xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova Suqaovuşana təşkil olunmuş mediaturda bildirib.
Artıq bununla bağlı işlərə başlanıldığını deyən Agentlik rəsmisi qeyd edib ki, qısa müddətdə Şuşa turları kimi buraya və ətraf ərazilərə turistlərin gəlişi nəzərdə tutulub. "İlk olaraq Naftalandan, daha sonra isə digər ərazilərdən buraya turlar təşkil olunacaq. İlk olaraq yerli əhalinin səfəri nəzərdə tutulub. Suqovuşan İstirahət Parkı üçün ilkin olaraq 4 milyon manata yaxın vəsait ayrılıb. Bunun içərisinə layihələndirmə işləri də daxildir. İkinci mərhələ üçün layihə-smeta sənədlərinin hazırlanması da bu işlər çərçivəsində həyata keçirilir” - deyə, o qeyd edib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026