11:33 - 12.10.2023
12 oktyabr, Fineko/abc.az. ABŞ-da “Birləşmiş Avtomobil İşçiləri Həmkarlar İttifaqı” (UAW) Fordun Kentukki ştatındakı yük maşını zavodunun işçiləri tətilə başlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, tətilə zavodun 8700 üzvünün qatıldığı bildirilib. 8700 işçinin xəbərdarlıq etmədən işini tərk etdiyi və “Ford”un Louisvilledəki yüksək gəlirli yük maşını zavodunu bağladığı bildirilib.
Tətil çağırışı “Ford”un müqavilə sövdələşmələrindən imtina etməsindən sonra UAW prezidenti Şavn Fayn və vitse-prezident Çak Brauninq tərəfindən edilib.
UAW prezidenti Fayn bildirib ki, uzun müddət gözləmələrinə baxmayaraq, “Ford” onları başa düşməyib:
“Əgər bunu başa düşə bilmirlərsə, 8700 işçidən ibarət bu yüksək gəlirli obyekti bağlamağımız, dörd həftədən sonra bunu anlamalarına kömək edəcək”.
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026