11:36 - 11.07.2018
11 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 0,92 (1,16%) dollar yüksəlib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 80,36 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında “WTI” markalı neftin avqust fyuçersinin qiyməti 10 iyul tarixli ticarətin nəticəsində, keçən nəticə ilə müqayisədə (9 iyul – 73,85 dollar) 0,26 (0,35%) dollar yüksəlmiş və bir barelə 74,11 dollar təşkil etmişdir.
“ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 10 iyul tarixli ticarətin nəticəsində, ötən yekuna nisbətən (iyulun 9-da – 78,07 dollar) 0,79 dollar (1,01%) yüksəlmiş və bir barelə 78,86 dollar təşkil edib.
Neftin “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi 10 iyul tarixli ticarətin nəticəsində 4,75 dollar / barelə təşkil edir.
27 İyul 2026
28 İyul 2026