17:12 - 29.07.2026
29 iyul, Fineko/abc.az. Çinin müstəqil neft emalı zavodlarının alışları azaltması Asiya sularında İran neft ehtiyatlarının kəskin artmasına səbəb olub. Hətta barel üzrə endirimlərin 5 dollara qədər yüksəlməsinə baxmayaraq, aşağı rentabellik səbəbindən idxal azalır, Çində istehsal güclərinin yüklənməsi isə 48%-ə düşüb.
Bu fonda suda saxlanılan İran neftinin həcmi 60% artaraq 24,4 milyon barelə çatıb, tanker ehtiyatlarının ümumi həcmi isə 130 milyon bareli ötüb. Əsas toplanma Malayziya sahillərində, Sinqapur boğazı yaxınlığında müşahidə olunur və burada xammal Çinə göndərilməzdən əvvəl yenidən yüklənir.
Vəziyyəti ABŞ sanksiyaları daha da ağırlaşdırır: məhdudiyyətlər tankerlərin İrana qayıtmasına mane olur və nəticədə neftin suda yığılıb qalması artır.
30 İyul 2026
30 İyul 2026
30 İyul 2026
30 İyul 2026
27 İyul 2026
27 İyul 2026
28 İyul 2026