2023-cü ilin 3-ü rübündə ticarətdə iqtisadi aktivlik azalıb - Mərkəzi Bank

10:30 - 10.10.2023


10 oktyabr, Fineko/abc.az. Azərbaycanda 2023-cü ilin üçüncü rübündə ödəniş daxilolmalarında qeyri-ticari sektorun üstünlüyü davam edib.

ABC.AZ xəbər verir ki, Mərkəzi Bankının 2023-cü ilin üçüncü rübü üzrə “Sahələrarası maliyyə axınlarınının təhlilinə dair hesabat”ında bildirilir.

Ticari sektorda ödəniş daxilolmaları ümumi daxilolmaların 19.4%-i təşkil etməklə 7.2 mlrd. manat, qeyri-ticari sektorda isə 80.6% təşkil etməklə 29.7 mlrd. manat olub.