Çində “İPhone” qadağası başqa sahələrdə də problem yaradacaq

15:44 - 5.10.2023


5 oktyabr, Fineko/abc.az. Bir sıra mətbi orqanda yayıldığı və bildiyiniz kimi, Çin hökuməti rəsmi binalarda “iPhone”u qadağan edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bununla belə, hökumət dövlət işçilərindən “Huawei” tərəfindən istehsal olunan modellərə keçməyi tələb edir.

Bununla yanaşı, Çin hökuməti tərəfindən təsdiqlənməyən tətbiqləri Çin Tətbiq Mağazasında mövcud olmayacaq. Bu dəyişikliklə ortaya çıxacaq ən böyük problem, Çin Tətbiq Mağazasında minlərlə tətbiqə girişin daha da çətinləşməsidir. Bu zaman istifadəçilər təkcə populyar və yeni proqramları deyil, həm də “Telegram” kimi proqramları yükləməkdə çətinlik çəkə bilərlər.