16:59 - 31.08.2026
31 avqust, Fineko/abc.az. 2025-ci ildə Azərbaycandakı ev təsərrüfatlarında 1 milyon 791 min 467 ədəd kompüter olub.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Bu, 2024-cü ilin göstəricisindən 4 004 ədəd və ya 0,2 % çoxdur.
Hesabat dövründə stolüstü kompüterlərin sayı 2 min 907 ədəd və ya 0,8 % artaraq 348 min 581 ədəd, portativ kompüterlərin sayı 59 min 751 ədəd və ya 7,2 % azalaraq 771 min 57 ədəd və planşet və ya digər oxşar avadanlıqların sayı 60 min 848 ədəd və ya 10 % artaraq 671 min 829 ədəd təşkil edib.
Ötən il ev təsərrüfatları üzrə hər 1 000 nəfərə 175,2 kompüter (1 il əvvələ nisbətən 0,2 % çox) düşüb, o cümlədən 34,1 stolüstü kompüter (0,9 % çox), 75,4 portativ kompüterlər (7,3 % az) və 65,7 planşet və ya digər oxşar avadanlıq (9,9 % çox) düşüb.
Kompüterdən istifadə edənlərin 40,7 %-i (2,5 faiz bəndi az) 36-64 yaş qrupunda, 29,1 %-i (1,6 faiz bəndi çox) 24 yaşadək, 26,4 %-i (3,3 faiz bəndi az) 25-35 yaş qrupunda, 2,9 %-i (4,2 faiz bəndi və ya 2,5 dəfə çox) 64 yaşdan yuxarı olan şəxslərdir.
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026