14:30 - 31.08.2026
31 avqust, Fineko/abc.az. Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Aztelekom” MMC-nin xidmət tarifləri və təklif etdiyi internetin sürəti ilə bağlı araşdırma və təhlillər aparır.
ABC.AZ Dövlət Agentliyinə istinadən xəbər verir ki, Rəqabət Məcəlləsinin 39.2.1-ci maddəsinin tələbinə əsasən edilən müraciətlər çərçivəsində təbii inhisar subyektlərinin razılıq alınması tələb olunan hərəkətlərinə nəzarət tədbirləri həyata keçirilir.
Nəzarət tədbirləri xüsusilə trafikin lokallaşdırılması xidməti üzrə yeni tariflərin tətbiq edilməsi və genişzolaqlı internet xidmətləri bazarında minimum internet sürəti ilə bağlı məsələləri əhatə edir. Hazırda hər iki istiqamət üzrə hərəkətlə bağlı araşdırma və təhlillər davam edir.
31 Avqust 2026
31 Avqust 2026
31 Avqust 2026
31 Avqust 2026
31 Avqust 2026
31 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026