Naxçıvan Sığorta şirkətində kadr dəyişikliyi olub

11:17 - 18.09.2023


18 sentyabr, Fineko/abc.az. “Naxçıvan Sığorta” şirkətində kadr dəyişikliyi olub.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, sığorta şirkətinin İdarə Heyətinə müvəqqəti üzv seçilən Ayxan Abbasbəyli şirkətdən ayrılıb.

Xatırladaq ki, Azərbaycanın yeganə regional sığorta şirkəti “Naxçıvan Sığorta” 2014-cü ildə yaradılıb və onun səhmlərinin 100 %-i “Naxçıvan Bank” ASC-yə məxsusdur.