09:40 - 30.08.2023
30 avqust, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti bir gün əvvəl qalxdıqdan sonra çərşənbə günü keçirilən hərracda artır.
London İCE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti saat 09: 37 – dək $0,29 (0,34%) artaraq bir barel üçün $85,20-a çatıb. Avqustun 29 - da Brent markalı neftin noyabr fyuçersləri $1,04 24%) artaraq bir barel üçün $84,91-a çatıb.
Saat 09:37-dək Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin oktyabr ayı üçün fyuçersi $0,38 (0,47%) artaraq bir barel üçün $81,54-a çatdı. Avqustun 29 - da aparılan hərracların nəticələrinə görə, WTI neftinin oktyabr fyuçerslərinin qiyməti $1,06 (1,32%) artaraq bir barel üçün $81,16-a çatıb.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026