14:59 - 29.08.2023
29 avqust, Fineko/abc.az. 2023-cü il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 96,6 min nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Ötən ilin iyulun 1-i ilə müqayisədə qeydiyyatda olan pensiyaçıların cəmi sayı 5,4 faiz, o cümlədən əlilliyə görə pensiya alanların sayı 16,4 faiz, ailə başçısını itirməyə görə pensiya alanların sayı 9,7 faiz azalmış, yaşa görə pensiya alanların sayı isə 0,4 faiz artıb.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 16,9 faiz artaraq 435,0 manat təşkil etmiş və orta aylıq əmək haqqının 47,2 faizinə bərabər olub.
8 Avqust 2026
8 Avqust 2026