16:36 - 28.08.2023
28 avqust, Fineko/abc.az. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından hasilatın başlanğıcından indiyədək ümumilikdə 200 milyard kubmetr qaz əldə olunub.
ABC.AZ xəbər verir ki, bu barədə “Şahdəniz” yatağının operatoru olan “BP-Azerbaijan” şirkətindən bildirilib.
Qeyd edilib ki, 200 milyardıncı kubmetr qaz avqustun 26-da, yəni yataqdan ilk kommersiya qazının çıxarıldığını və Cənubi Qafqaz boru kəmərinin istismara verildiyini elan ediləndən 16 il yarım sonra əldə olunub.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026