Son 7 ayda Azərbaycanda 8130 ədəd yaşayış evi tikilib

16:01 - 24.08.2023


24 avqust, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda ümumi sahəsi 891 min 689 kvadrat metr olan 8130 ədəd yaşayış evi tikilib istifadəyə verilib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, illik müqayisədə tikilən evlərin sayı 44.3% artıb.

Belə ki, 2022-ci ilin ilk 6 ayında ümumi sahəsi 786 min 401 kvadrat metr olan 5636 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.

Qeyd edək ki, bu mənzillərin 4592 ədədi əhali tərəfindən, 1874 ədədi qeyri-dövlət müəssələri tərəfindən, 1664 ədədi isə dövlət müəssələri tərəfindən tikilib istifadəyə verilib.