“Agro Pro Group” MMC-nin fəaliyyəti dayandı

16:05 - 23.08.2023


23 avqust, Fineko/abc.az. “Agro Pro Group” MMC fəaliyyətinə xitam verilərək “Milla Dairy” MMC-yə qoşulur.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, “Milla Dairy” MMC “Agro Pro Group” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.

Qeyd edək ki, “Agro Pro Group” MMC bu ilin iyun ayında yaradılıb, nizamnamə kapitalı 31 449 625.90 AZN-dir və qanuni təmsilçisi Azər Sadıqovdur.