11:33 - 22.08.2023
22 avqust, Fineko/abc.az. Qazaxıstandakı keçmiş "McDonald’s" restoranlarına işçilərin adları verilib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət yaxşı işlədikləri üçün təşəkkür kampaniyası keçirib. Avqustun 16-da müəssisələrin adı “Biz açığıq” əvəzinə işçilərin adlarına dəyişdirilib: “Men Araymın”, “Men Arujanmın”, “Men Daniyarmın”, “Men Yuliamın” və s.
“Biz həqiqətən buna layiq olanlara diqqət ayırmaq istəyirik! Bu, fərqli adlar, fərqli baxışlar, fərqli həyatlar, lakin yeməyə birləşmiş sevgi ilə bağlı komandamızın sayəsindədir”, – mesajda deyilir.
Qeyd edək ki, restoranlar şəbəksində Qazaxıstan üzrə 1.7 mindən çox işçi çalışır. Mərkəzi ofisin 40%-dən çoxu öz karyerasına şəbəkənin restoranlarında başlayıb.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026