"Yaşıl Kart" sistemi çərçivəsində toplanan sığorta haqları

14:30 - 11.08.2023


11 avqust, Fineko/abc.az. 2023-cü ilin altı ayında "Yaşıl Kart" sistemi çərçivəsində 29 min 516 sığorta müqaviləsi rəsmiləşdirilib.

Bu barədə ABC.AZ İcbari Sığorta Bürosuna istinadla xəbər verir.

Qeyd olunur ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.
Hesabat dövründə bu sistem çərçivəsində toplanan sığorta haqlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 dəfə artaraq 7 milyon 338,196 min manata çatıb.

Xatırladaq ki, 2016-cı ildən İcbari Sığorta Bürosu Beynəlxalq Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Büro "Yaşıl Kart" sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.