Prezident İlham Əliyev Samux rayonuna səfər edib - Foto

14:32 - 7.08.2023


7 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev avqustun 7-də Samux rayonuna səfər edib.

ABC.AZ xəbər verir ki, dövlət başçısı Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında, daha sonra isə Samuxda Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının açılışında iştirak edib.